پنج شنبه , ۳۰ فروردین ۱۴۰۳
آخرین مطالب
خانه » Qədir bayramı – غدیر بایرامی

Qədir bayramı – غدیر بایرامی

Qədir bayramı

Allahin peyğəmbəri (s.a.v) Mədinəyə hicrət edəndən sonra 3 dəfə məkkəyə həcc üçün yola çıxmışlar.

Sonuncu dəfə iki mühim məsələ üçün: birinci həcc əhkamının bəyanı və ikinci canişinlik məsələsinin bəyanına xatir hicrətin 10cu ilində ümumi həcc elan etdilər.

Mədinənin əhalisindən çox adamlari Peyğəmbəri (s.a.v) müşaət eləmək üçün hazırlandilar. Ayın 26’da çoxlu ətrafdan gələnlərlə birlikdə Mədinəni tərk etdilər və Şəcərə məscidinə tərəf yola düşdülər. Şəcərə məscidinda Məkkəyə gedən Mədinənin əhalisi ehram bağladilar və o yerda Allahın peyğəmbəri (s.a.v) orda olan əhali ilə birlikda ehram bağlayıb Məkkəyə tərəf yola düşdülər.

Hz.Əli (ə) peyğəmbərin əmri ilə bir dəstə adamla birlikda Nəcran və ordanda Yəmənə getmişdilər ki Peyğəmbər (s.a.v) bir məktüb yazıb və İmam Ali (ə)’ma əmr elədilər ki, Yəmən cəmaətilə birlikdə Məkkəyə tərəf  yola düşsünlər.

Çərşənbə axşamı zihəccə ayinin 5’də karvanlar birbirlərinə çatdılar və dərhal məscidül Hərama gedib və Ümrənin əməllərini yerinə yetirdilər. zihəccə ayının 8 də həcci ümrə başa çatdı və Allahın peyğəmbəri (s.a.v) və onunla birlikdə həcc  əməllərini yerinə gətirmək üçün gəlmiş bir qrup insanla birlikdə Ərəfata tərəf yola düşdülər.

Peyğəmbər (s.a.v) bu həcci Təməttoda, həccin vacib və müstəhəb əmələrini cəmaətə öyrətdilər və bir neçə dəfə onlara xütbə oxudular.

Allahın Rəsulu (s.a.v) Hz.Əlini (ə) çağırıb peyğəmbərlərin irsini (hansı  ki neca1 min illik  irsdir) və təkcə Allahın höccətlərinin əlinda olan və sonralar da təkcə ۱۲ İmam(ə) əlinda olacaq ki indidə İmam Məhdi (ə) əlidədi, İmam Əliyə (ə) tapşırdılar.

Məkkədə peyğəmbər(s.a.v) Allahin əmri ilə ƏMİRƏL MÖMİNİN ləqəbini hansı ki təkcə İmam Əli (ə) İbn əbu Talib haqqında göndərilib, o İmama buyurdular və bu məsələni peyğəmbər bütün cəmaətə bildirdilər.

 Düzdür ki peyğəmbər (s.a.v) qabaqcadan buyurmuşdur  ki bu il o həzrətin son ilidir və cəmaət düşünürdü ki o həzrət Məkkə şəhərinda artıq  qalacaqlar  amma zihəccə ayinin 13 də Belal Həbəşi peyğəmbərin (s.a.v) əmrilə əhalinin içinda səsləndiki sabah  əlillər və xəstələr istisna olmaqla  heç bir kəs Məkkə şəhərinda qalmayacaq və Hami qeyd olan vaxtda gərək yola düşsün. Bu əmrilə ۱۲۰۰۰ nəfər Yəmən və ۵۰۰۰ nəfər Məkkə camaatı, Mədinə karvanə ilə birlikdə Məkkənin şimal tərəfina yola düşdülər.

Karvan neça şəhərdən soraqlaşandan sonra Godeyd məhəllinə çatdi. Godeydən sonra Allahin əmrilə Cəbrail (ə) ۳ dəfə peyğəmbər (s.a.v) nazil olub və bu ayəni Allah tərəfidən peyğəmbərə (s.a.v) gətiridilər

یَا أَیُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَیْکَ مِن رَّبِّکَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ یَعْصِمُکَ مِنَ النَّاسِ

Kərvan Cohfiyə çatdı, peyğəmbər (s.a.v) karvanin yolun sağa tərəf  döndərdilər və buyurdular “Ey insanlar Allahın tərəfindən nazil ediləni  qəbul edin, şüphəsiz mən Allahın sözünü sizə gətirənəm.

Hicrətin 10 cu ilində bazar ertəsi günü zihəccə ayının 18 də karvanlar Qədir Xuma çatdılar. Allahın Rəsulu (s.a.v) əmr etdilər ki camaat orda dayanıb gözləsinlər ki, arxadan gələnlər çatsınlar və qabaqda gedənlər qayıtsınlar, camaat dəstə-dəstə orda dayanıb 3 gün müddətində orda qalmağa hazırlaşdılar. Hava çox isti idi və camaat paltarlarının bir qismini  ayaqlarının altına qoydular ki, isti qumlar ayaqlarını yandırmasın və Bir qismi də başlarına örtdülər ki, gün istisi onları taqətdən salmasın.

Günorta namazına bir az qalmış camaat namaza hazırlaşdılar və Allahın peyğəmbəri (sşaşv) əmr eladilər ki, Meğdad, Salman, Abuzər və Əmmar bir köhnə ağacın cənubunda peyğəmbərin nitq etməsi üçün yer hazırlasınlar. İki ağacın ortasını ip ilə bir birinə bağlayıb orada  bir kölgəlik qurdular. Daşlari bir yerə yığıb onların üstünə dəvələrin hürkücünü qoydular və onların üstünə bir parça örtməklə o yeri bir mənbər eləmək üçün hazırladılar.

Azan vaxtı oldu və Allahın Rəsulu (s.a.v) Bilala əmr buyurdular ki azan versin və camaat peyğəmbərin (s.a.v) imamətilə  boyük və əzəmətli namaz qıldılar. Dərhal Allahın peyğəmbəri(s.a.v) mənbərə çıxıb İmam Ali (ə)dan mənbərin üstünda həzrətin yanında dayanmasını istədilər. Ali(ə) peyğəmbərin sağ tərəfinda bir addım aşağıda dayandılar, 120,000 nəfərə yaxın camaat gözlüyürdülər ki peyğəmbərin kəlamlarını eşitsinlər. Allahın peyğəmbəri (s.a.v) təqribən 1 saat xütbələrini söylədilər va o xutbə demak olar ki 11 esas məsələdən ibarət idi.

  1. Allahın həmdi və səlami
  2. Allahın əmri bir mühim məsələnin bəyanına
  3. Rəsmi olaraq 12 İmam (ə) İmaməti və rəhbərliyi (vilayət)
  4. Peyğəmbərin Əli (ə) əlindən yapışıb və qaldırması və o İmamın Əmirəl Möminin olmasının camaata elani
  5. İmamət məsələsinin camaat tərəfindən diqqətə alınması
  6. munafiqlərlərin hilələri vi işə mane olmalari
  7. Əhli Beyt(ə) davamçılari və düşmənlari
  8. İmam Məhdi (ə) haqqında
  9. Bİyat(Birinin hakimiyyətini qəbul edərək ona tabe və sadiq olmaq) haqqında məsələlər
  10. Halal və haram, vacibat və qadağalarıyla bağlı məsələlər
  11. Peyğəmbərin (s.a.v) bütün camaatdan biyat almaları

Bu xütbənin müddətində ۱۱۰ cümlə tövhid va Allahı tanımaq haqqında, 18 cümlə İmam Məhdi (ə) zühuru barəsində və Qurandan 62 ayənin bəyanı ki neça ayəsi Qədir Xum vasitəsilə peyğəmbərə (s.a.v) nazil olublar.

Bu xütbənin kamili 4 rəsmi tarixçədən, 11 mühim va əsalətli kitabda müxtəlif cümlələrdə qeyd olunub ki hər bir parçası bir pazzl hissəsinə bənzəyir və Fərqli yerlərdə saxlanır ki, qədir vaqeəsinda hazir olanlar sünni və şiə kitablarında qeyd olunub ki onlardan maariflənmək üçün Nüroləmir fi Təsbit Xotbətol Qədir kitabına, Təgədomi Xorasanedan müraciət elamək olar və bundan  əlavə digər tarixlərdə də peyğəmbərin (s.a.v) o xütbədə buyuranlar qeyd olunub.

Qədirlə bağlı başqa sənədlər da var ki 300 nəfər sünnət əhalisinin alimlərindən kitablarında qeyd eliyiblər. Əbül Məali Coveyni yazır ki, Bəgdada bir cildçi əlində bir kitab gördüm ki üstündə yazılmışdi” 28ci cild Mən konto molla fəhaza Aliyon molla kitabından”

Xütbə gözəl başa çatdı, peyğəmbərin (s.a.v) əmri ilə iki çadır quruldu, çaderların biri peyğəmbər üçün və digəri İmam Ali (ə) quruldu.Camaat çadırlara tərəf gəldilər va ilk başda peyğəmbərə,daha sonra Ali (ə)a biyat elədilər və o İmama təbrik dedilər. Xanımların biyatı üçun peyğəmbərin əmrilə başqa bir çadır hazırlandi ki çadırın ortasında bir teşt qoydular və onun üstünə bir pərdə asdılar. İçindəki suyun bir tərafində İmam əlini suya salıb və xanımlar o birisi tərəfda əllərini suya vurmaqla o İmama biyat elədilər.Camaatın biyat eləməsi 3 gün boyu davam elədi.

Bu yerda bir məscid tikdilər ki Qədir şərəfinə adlanmışdı və ona Qədir məscidi deyilirdi .

Sonralar Müaviyyə o məscidi aradan qaldırmaq üçün 200 nəfərə əmr eladi ki, o məscidi söksünlər, daha sonralar o məscid təkrar təmir olundu. İmam Bağır , İmam Sadiq va İmam Musa Kazim (ə) o məscid ilə bağlı kəlamlar buyurmuşlar. Daha Sonralar o məscid haqqında tarixi kitablarda müxtəlif yazılar  qeyd olunub ki Mascidin sökülmədən öncə ən son  görən adam olan  Mühəndis Nuri  və Seyyid Məhdiye Gəzvini (ölüm 1300 h.g) deyirdi ki: biz birlikdə həccə getmişdik və o yerda namaz qılmışıq, demək olar ki 100 il bundan əvvələ qədər həcilər oraya namaz qılmaq üçün gedirmişlər amma sonralar Vəhabilər oranı dağıdıblar.

Allahın peyğəmbəri buyurub : Mənim ümmətimin ən boyük bayramı Qədir bayramıdır və O tarixdən bu günə kimi müsəlmanlar zihəccə ayının 18 ni bayram kimi qeyd edirlər və bu bayram çoxlu yerlərdə qeyd olunur, məsələn  Abüreyhane Birüni 1000 il bundan qabaqdan Əsərül Baqiyə kitabında 18 zihəccədan Qədir bayramından söz açır .

خبرنامه آرمان مهدویت

یک نظر

  1. Simply desire to say your article is as surprising. The clarity in your post is simply
    great and i can assume you’re an expert on this subject.
    Fine with your permission let me to grab your feed to keep updated with forthcoming post.
    Thanks a million and please carry on the rewarding
    work.

جوابی بنویسید

ایمیل شما نشر نخواهد شد.خانه های ضروری نشانه گذاری شده است. *

*